GSL SERVİCE MMC - Haqqımızda
2021-ci ildə yaradılan GSL Service MMC fəaliyyət müddəti ərzində ölkənin ən nüfuzlu şirkətlərindən biri halına gəlmiş və aşağıdakı xidmətlər sahələrində öncül rolunu qorumağı bacarmışdır.
Fəaliyyətimiz
Əsas fəaliyyətimiz müştərilərimizin istəklərinə uyğun olaraq tullantıların idarə olunması üçün təchizat və həllər təklif etməkdir. Biz müştərilərimizin iş yerlərində müxtəlif növ tullantıların təhlükəsiz daşınması və emalı üçün innovativ həllər təqdim edirik. Tullantıların idarə olunması proseslərimiz, peşəkar komandamız və müasir texnologiyalar müştərilərimizin nailiyyətlərini artırmağa kömək edir. GSL Service müştəri tələblərinə uyğun müasir, təhlükəsiz və səmərəli həllər təklif edən aparıcı şirkətlərdən biridir!
Bizim missiyamız
Müştərilərimizə təklif etdiyimiz xidmətlər və xidmətin icra sürəti GSL Service-in sektorda lider kimi inkişaf etməsinin əsas səbəblərindən biridir. Biz tullantıların səmərəli daşınması və emalı üçün ən son yenilikləri tətbiq edirik. Bu, öz növbəsində, müştərilərimizin bizə olan inamının və uzunmüddətli əməkdaşlığımızın əsasını təşkil edir.