GSL Service MMC olaraq tullantıların daşınması,utilizasiyası və zərərsizləşdirilməsi üçün bütün standartlara cavab verən, sertifikatlaşmış, tullantı qabları və konteynerlərlə xidmət göstəririk. Hər növ tullantının toplanması, daşınması, utilizasiyası və zərərsizləşdirilməsi üçün təchizatı, müasir texnologiyaları və beynəlxalq sertifikatları ilə tanınan GSL Service MMC müştərilərinin tullantı idarəetmə proseslərini təhlükəsiz və planlı şəkildə həyata keçirməyinə kömək edir.
GSL Service MMC müştərilərin əməliyyatlarını sürətli və təhlükəsiz həyata keçirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müəyyən edilmiş ərazilərdə böyük həcmli layihələr üçün Tullantıların Mərkəzi Yığılması ərazisinə sahibdir. Bu layihə, müştərilərin rahatlığı və tullantı idarəetməsində effektivliyi artırmaq üçün yaradılıb.
GSL Service MMC tullantıları təhlükəsizlik standartlarına riayət edərək, ceşidləyərək, qablaşdıraraq xüsusi poliqonlara təhvil verir. Tullantılar müasir və təhlükəsiz texnologiyalardan istifadə edilərək yığılır və təhlükəsizlik prinsiplərinə tam əməl edilir.