GSL Service MMC olaraq tibbi tullantıların yığılmasını və daşınmasını müvafiq qanunvericiliyə uyğun olaraq zərərsizləşdirilməsini təmin edirik. Tələblərə əsasən, tibbi tullantıları əvvəlcədən müəyyən edilmiş vaxtlarda və ya sifariş əsasında toplayırıq. Tibbi tullantının növləri üçün konteynerlər təqdim edirik.Biz tibbi müəssisələrə, klinikalara və əczaçılıq şəbəkələrinə keyfiyyətli xidmətlərimizi təklif edirik.
GSL Service MMC şirkəti, qısa bir zamanda respublikamızın bütün region və rayonlarında gerçəkləşdirilən həm dövlət və özəl sektorda fəaliyyət göstərən xəstəxanalarda və tibb müəssisələrində “təhlükəli tibbi tullantıların qablaşdırılması, daşınması və məhv edilməsi” prosesinin dünya standartlarına uyğun şəkildə həyata keçirilməsini təşkil edib və müştəri məmnuniyyətini qazanıb. Hazırda biz 100-dən çox tibb müəssisəsinə uğurla xidmət göstəririk.
Tibbi Tullantıların İdarəedilməsi Prosesinin Axını
Tibbi tullantıların qablaşdırılması, daşınması və zərərsizləşdirilməsi (məhv edilməsi) üzrə prosesin axını aşağıdakı kimi qeyd edilir:
Tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi zamanı istifadə edilən avadanlıq və materiallar:
Tibbi tullantıların idarə edilməsi aşağıdakı qanunvericiliklərə uyğun olaraq zərərsizləşdirilməlidir və aşağıdakı qanunvericiliklərlə tənzimlənməlidir:
-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarı ilə təsdiqlənmiş Tibbi tullantıların idarə olunmasına dair sənəd (https://e-qanun.az/framework/14433) açıq şəkildə göstərir ki, təhlükəli tibbi tullantılar (B, C, D sinif tullantıları) yalnız zərərsizləşdirilməlidir.
-Bakı şəhəri, 30 iyun 1998-ci il № 514-IQ - AZƏRBAYCAN RESPUBLİKASININ Tullantılar haqqında qanunu (https://e-qanun.az/framework/3186)