G S L S E R V I C E

2021-ci ildə yaradılan GSL Service MMC fəaliyyət müddəti ərzində ölkənin ən nüfuzlu şirkətlərindən biri halına gəlmiş və tullantıların daşınması və çeşidlənməsi sahəsində öncül rolunu qorumağı bacarmışdır.

Əlaqə

Bizi izləyin

SƏTƏM

Sağlamlıq, Əmək Təhlükəsizliyi və Ətraf Mühit

Gsl Service şirkəti Sağlamlıq, Əmək Təhlükəsizliyi və Ətraf Mühit sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi tərəfindən üzərinə qoyulmuş və Şirkətin fəaliyyətinə aid olan hüquqi öhdəlikləri tanıyır və qəbul edir.


Biz müştərilərin ehtiyac və gözləntilərinə, kodekslərinə, standartlarına, təlimatlarına, eləcə də uyğun hesab olunan yerlərdə daha sərt standartların tətbiqinə əməl etməyə öhdəliyik. SƏTƏM-in davamlı təkmilləşdirilməsində GSL Service MMC  heyəti və rəhbərliyi mütəmadi olaraq iştirak edir.



Ətraflı məlumat

GSL Service MMC olaraq SƏTƏM tədbirlər planını mütəmadi olaraq nəzərdən keçiririk. Mövcud riskləri və təhlükələri müəyyən edir, istehsalat risklərini minimal səviyyəyə endiririk. GSL Service, təhlükəsiz iş rejimi təmin etmək üçün effektiv addımlar atmağa və müştəri tələblərinə cavab verərək əməliyyatlarını keyfiyyətlə həyata keçirməyə həsr etmişdir.

GSL Service MMC fəaliyyətinin ətraf mühitə təsirini minimuma endirmək və atmosferə təsirinin qarşısını almaq üçün bütün lazımı tədbirləri həyata keçirir. GSL Service MMC su axarlarının çirkləndirilməsinin qarşısını alır və bütün tullantıların düzgün şəkildə utilizasiyasını təmin edir.

Təhlükəsiz iş sistemləri, avadanlıqlara lazımi texniki xidmətin təmin edilməsi, fəaliyyətimizdən yarana biləcək təsirlərin, şəxsi ziyanların, və eyni zamanda ətraf mühitə təsirin minimuma endirilməsi tədbirləri görülür. SƏTƏM-in standartlarını qorumaq və icra etmək bizim əsas məqsədimizdir.

GSL Service MMC olaraq işçilərimizdən əsas tələbimiz təhlükəsiz və diqqətli şəkildə fəaliyyət göstərmək, kənar şəxslərə qəti olaraq ziyan vurmamaqdır. SƏTƏM qaydalarına əməl etmək hər bir işçinin əsas vəzifə öhdəliyidir!